Böyük Britaniyanın xarici işlər katibi - Vladimer Putinin Avropada sülh, atəşkəs və danışıqlara ciddi yanaşmasının vaxtı çatıb
Vladimer Putinin Avropada sülh, atəşkəs və danışıqlara ciddi yanaşmasının vaxtı çatıb – bu barədə Birləşmiş Krallığın xarici işlər katibi Devid Lem Londonda avropalı həmkarları ilə görüş başlamazdan əvvəl bildirib.
Britaniyalı nazir deyib ki, bu gün mövcud çağırışlar təkcə Ukraynanın gələcəyinə aid deyil, o, bütün Avropa üçün ekzistensialdır.
“Vladimer Putinin Avropada sülhə ciddi yanaşmasının, atəşkəs və danışıqlara ciddi yanaşmasının vaxtı çatıb. Biz Avropada əlbətdə, sülhə hazırlaşacağıq və bu, bugünkü danışıqlarımızın əsas hissəsi olacaq, lakin bununla yanaşı, biz Putin tərəfindən ciddilik anının olmayacağı və sülhə nail ola bilməyəcəyimiz hala da hazır olmalıyıq” – Devid Lem bildirib.
Londonda cari görüşdə Britaniyanın xarici işlər naziri ilə yanaşı, Fransa, İtaliya, Almaniya, İspaniya və Polşanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının ali nümayəndəsi iştirak edir.