Böyük Britaniyanın xarici, birlik və inkişaf naziri Lord Vud – Böyük Britaniya Cənubi Osetiyada keçirilən dırnaqarası seçkiləri pisləyir

19:08, 18.09.2026

 

Rusiyanın Gürcüstanın işğal altındakı regionları üzərində nəzarəti daha da möhkəmləndirmək cəhdləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü sarsıdır və biz bunu cavabsız qoymayacağıq – bu barədə Böyük Britaniyanın xarici, birlik və inkişaf naziri Lord Vudun bəyanatında qeyd olunub.

Lord Vudun qeyd etdiyi kimi, Böyük Britaniya Cənubi Osetiyada keçirilən dırnaqarası seçkiləri pisləyir.

“Rusiya 2008-ci ilin atəşkəs razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” – Britaniyanın Gürcüstandakı səfirliyinin yaydığı Lord Vudun bəyanatında qeyd olunub.

Oxşar