Böyük Britaniyanın Gürcüstandakı səfiri - İkinci İlianın vəfatına görə gürcü xalqına başsağlığı veririk, müstəqil gürcü dövlətinin formalaşmasında onun töhfəsi ölçüyəgəlməz təsir göstərib
Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın vəfatına görə hüznünü ifadə edir və gürcü xalqına başsağlığı verir.
“Ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətləri yarım əsr ərzində Gürcüstanın mənəvi lideri olub. Onun müqayisəolunmaz töhfəsi gürcü xalqının həyatına və müstəqil gürcü dövlətinin formalaşmasına ölçüyəgəlməz təsir göstərib. Onun 2011-ci ildə Əlahəzrət Kraliça Yelizaveta ilə görüşü ölkələr arasında münasibətlərdə xüsusi hadisə olub. Bu gün həzrətlərinin vəfatına görə dərin hüznümüzü ifadə edirik və gürcü Ortodoks Kilsəsinə və gürcü xalqına başsağlığı veririk. Rəbb onun ruhunu əbədi Padşahlıqda rahat etsin” – Böyük Britaniyanın səfiri sosial şəbəkədə dərc olunmuş müraciətində deyib.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.