Böyük Britaniyanın ən iri konteyner limanının işçiləri tətil etdilər

20:50, 21.08.2022

Böyük Britaniyanın ən iri konteyner limanının əməkdaşları səkkiz günlük tətilə başladılar. Məlumatı “Deutsche Welle” agentliyi yayır.

Nəşrin yazdığı kimi, Felikstou limanının işçiləri 40 ildə ilk dəfə tətilə çıxıdar. 2000-ə yaxın işçi tətil edir.

“Unite” Həmkarlar İttifaqı ölkədə yaşayış xərclərinin artması ilə əlaqədar liman işçilərinin maaşlarının artırılmasını tələb edir. Onların məlumatına görə, liman kifayət qədər gəlirlidir və təkcə 2020-ci ildə mənfəət 100 milyon sterliqə çatdı.

Liman rəhbəörliyinin bəyan etdiyinə görə, Həmkarlar İttifaqına orta əmək haqqının 8 faiz, aşağı maaşlı işçilər üçün isə, 10 faiz artımına hazır olduqlarını bildirdilər. Lakin Həmkarlar İittifaqı sözügedən təklifdən imtina etdi və maaşların əhəmiyyətli dərəcədə artırılmasını tələb edirlər.

İlkin məlumata görə, liman işçilərinin tətili səkkiz gün davam edəcək.

Agentliyin yazdığına görə, Böyük Britaniyada avqustun 18-də dəmiryol işçiləri tərəfindən başlayan tətillər ölkə iqtisadiyyatının bir sıra sahələrini əhatə etdi. Ölkədə inflyasiyanın artması ilə əlaqədar tətilçilər maaşların əhəmiyyətli dərəcədə artırılmasını tələb edirlər.

Oxşar