Böyük Britaniyanın dövlət naziri ölkənin yeni qanununun eyni yerdə, eyni insanlara qarşı təkrarlanan marşları qadağan etməyə imkan verdiyini bildirir
Böyük Britaniyanın dövlət naziri ölkənin yeni qanununun eyni yerdə, eyni insanlara qarşı təkrarlanan marşları qadağan etməyə imkan verdiyini bildirir

 

Böyük Britaniyanın yerli özünüidarəetmə məsələləri üzrə dövlət naziri Stiv Rid bildirir ki, parlamentin qəbul etdiyi Cinayət və İctimai Asayişin Mühafizəsi haqda Qanun ölkənin daxili işlər nazirinə cəmiyyətin konkret qrupuna təzyiq etmək məqsədi daşıyan marşları qadağan etmək imkanı verir.

O bildirib ki, qanun eyni yerdə, eyni insanlara qarşı həftədən həftəyə təkrarlanan marşları qadağan etməyə imkan verir.

“Parlamentin qəbul etdiyi qanun layihəsi daxili işlər nazirinə yeni səlahiyyətlər verir. Xüsusilə, konkret icmanı qorxutmaq üçün təkrar keçirilən marşların birgə təsirini nəzərə almaq” – Stiv Rid qeyd edir.

Fələstin tərəfdarı nümayişlər hər həftə eyni yerdə keçirilərsə qadağan edilə bilər yoxsa yox sualına Rid müsbət cavab verib.

“2026-cı ildə yəhudilər Kipa və ya Davitin Ulduzunu taxmaqdan qorxurlar. Bu, tamamilə qəbuledilməzdir. Yəhudilər xristianlar və ya müsəlmanlarla eyni azadlığa malik olmalıdırlar” – Rid bildirib.