Böyük Britaniyanın Baş naziri zərurət halında, Ukraynaya qoşunları yerləşdirməyə hazır olduğunu bildirir
Böyük Britaniyanın Baş naziri Kir Starmer zərurət halında, Ukraynaya qoşunları yerləşdirməyə hazır olduğunu bildirir. Starmer bu haqda “Daily Telegraph”da dərc olunan məqaləsində qeyd edir.
“Zərurət halında, qoşunlarımızı əraziyə yerləşdirməyə hazırıq. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində hər hansı rol qitəmizin təhlükəsizliyinə və bu ölkənin təhlükəsizliyinə zəmanət verməyə kömək edir” – Starmer bildirir.
O bildirib ki, Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində mühüm rol oynamağa hazırdır, buna ukraynalı hərbçilərə gələcək dəstək də daxildir. Kir Starmerin verdiyi məlumata əsasən, Britaniya ən azı 2030-cu ilə qədər hər il üç milyard funt-sterlinq ayırmağı öhdəsinə götürüb.
“Lakin bu, həm də zərurət halında, qoşunlarımızı yerləşdirməklə Ukraynanın təhlükəsizlik təminatına töhfə verməyə hazır olmaq və istəyi deməkdir və bunlar boş sözlər deyil. Mən britaniyalı hərbçiləri potensial risk qarşısında qoymaqla bağlı məsuliyyəti çox dərindən hiss edirəm” – Starmer bildirib.
Həmçinin, Böyük Britaniyanın Baş naziri qeyd edir ki, Ukraynada müharibə bitəndə, bu, Putinin yenidən hücum etməsindən əvvəl müvəqqəti fasiləyə çevrilməməlidir.