Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə Mark Rutte ilə görüşüb

15:01, 27.03.2025

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb. Bu barədə məlumatı “Reuters” yayır.

Medianın məlumatında görüşün məqsədinin Ukraynaya hərbi yardım məsələlərini müzakirə etmək olduğu deyilir.

Bununla yanaşı, 30-a yaxın ölkənin lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə müharibənin gedişatı ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün Parisdə bir araya gəlib.

Sammitdə Polşanın Baş naziri Donald Tusk, İtaliyanın Baş naziri Corcia Meloni, Türkiyənin vitse-prezidenti və digər avropalı liderlər iştirak edirlər.

Ukraynaya hərbi dəstəyi gücləndirmək, atəşkəs cəhdlərini və Rusiya ilə mümkün sülh sazişinin şərtlərini müzakirə etmək görüşün əsas məqsədləridir.

Fransanın təmsilçiləri görüşün nəticələrini ABŞ administrasiyası ilə bölüşəcəklərini bildirirlər.

Oxşar