Böyük Britaniyanın baş qərargahının rəhbəri - ordumuz Avropada yenə döyüş üçün hazır olmalıdılar
Böyük Britaniyanın baş qərargahının rəhbəri - ordumuz Avropada yenə döyüş üçün hazır olmalıdılar

Ordumuz Avropada yenə döyüş üçün hazır olmalıdılar, – “Skay Nyusun” məlumatına görə, bu barədə Böyük Britaniyanın baş qərargahının rəhbəri, Patrik Sanders Britaniya Silahlı Qüvvələri qarşısında nitqlə çıxış edərkən bəyan etdi.

“İndi müttəfiqlərimizlə birlikdə vuruşa və döyüşdə Rusiyanı məğlub edə biləcək bir ordu yaratmaq üçün şiddətli bir imperativ mövcuddur. Biz həmin nəsilik ki, ordumuz Avropada yenə döyüş üçün hazır olmalıdılar”, – general bəyan etdi.

General Sanders, ötən bazar ertəsi baş qərargahının rəhbəri vəzifəsində Mark Karletonu əvəz etdi.

“Rusiyanın Ukraynaya təcavüzü bizim əsas məqsədimizi vurğulayır, Böyük Britaniyanı müdafiə etmək, döyüşməyə hazır olmaq və quruda müharibədə qalib gəlmək”, – Sanders bəyan etdi.

Dünən Böyük Britaniyanın baş naziri Boris Conson bəyan etdi ki, Vladimir Putin tükənmə taktikasına keçdiyi üçün Avropa uzun sürən müharibəyə hazırlaşmalıdır.