Böyük Britaniyada Kral Hərbi Dəniz Donanmasına məxsus helikopterin qəzaya uğraması nəticəsində üç hərbi qulluqçu həlak olub
Böyük Britaniyada Kral Hərbi Dəniz Donanmasına məxsus helikopterin qəzaya uğraması nəticəsində üç hərbi qulluqçu həlak olub

 

Böyük Britaniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində üç hərbi qulluqçu həlak olub. Bu barədə “BBC” yazır.

Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasına məxsus helikopter ölkənin cənub-qərbində, Devon qraflığında yerləşən tarlaya düşüb.

Kral Donanmasının verdiyi məlumata əsasən, hadisə yerli vaxtla təxminən saat 04:00-da baş verib.

“Həlak olanların ailələrinə faciə barədə artıq məlumat verilib. Onlar əlavə təfərrüatlar ictimaiyyətə açıqlanana qədər zaman və şəxsi məxfilik istəyiblər” – qurumun bəyanatında deyilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer baş verənləri “son dərəcə faciəvi” adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib.

Helikopterin qəzaya uğrama səbəbi hələlik məlum deyil. İstintaq aparılır.