Böyük Britaniyada “Britaniya Naminə İslahatlar” partiyasının liderini qətlə yetirməklə hədələyən şəxsi saxlayıblar
Böyük Britaniyada “Britaniya Naminə İslahatlar” partiyasının lideri Niqel Fəracı qətlə yetirməklə hədələyən şəxsi saxlayıblar.
Medianın məlumatına əsasən, təqsirləndirilən şəxs mayın 8-də sosial şəbəkədə “Qalib gəlsən, səni başından vuracağam” yazılmış təhdid dolu paylaşım edib.
Kişini iyulun 14-də saxlayıblar.
“Telegraph”ın məlumatına əsasən, seçkilərdə “Britaniya Naminə İslahatlar” partiyasının uğur qazanmasından sonra həmin şəxs Niqel Fəracın paylaşımının altında hədələyici şərh yazıb. Lakin London polisi ötən həftə partiyanın üzvü, siyasətçi Enn Uidikomb öz evində qətlə yetirildikdən sonra həmin şəxsi saxlayıb.
Məlumat üçün bildirək ki, Böyük Britaniya Parlamentinin sabiq üzvü Enn Uidikomb iyulun 9-da öz evində qətlə yetirilib. Polis onun qətlində təqsirləndirilən 26 yaşlı kişini saxlayıb. Enn Uidikomb partiyada immiqrasiya və hüquqi məsələləri kurasiya edirdi.