Böyük Britaniyada bıçaqlı hücum nəticəsində on nəfər yaralanıb, onlardan doqquzunun vəziyyəti ağırdır
Böyük Britaniyada bıçaqlı hücum nəticəsində on nəfər xəsarət alıb, onların doqquzunun vəziyyəti ağırdır. “Reuters”in məlumatına görə, hücum Kembricdə, qatarın içində baş verib. Polis hadisə yerində iki şübhəlini saxlayıb.
Hücumun səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı istintaq başlanıb.
Hadisəyə Böyük Britaniyanın Baş naziri də münasibət bildirib. Kir Starmer hücumu “dərin narahatedici insident” adlandırıb.