Böyük Britaniya və Almaniya müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsini əhatə edən dostluq haqda müqavilə imzalayıblar
Böyük Britaniya və Almaniya müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsini əhatə edən dostluq haqda müqavilə imzalayıblar – məlumatı “Reuters“ yayır.
Medianın məlumatına əsasən, müqaviləni Londonda imzalayıblar.
Almaniyanın bu cür dostluq müqavilələri yalnız bir neçə ölkə ilə mövcuddur, o cümlədən Fransa ilə.
Müqavilə bir neçə əsas sahəni əhatə edir: qarşılıqlı müdafiə təminatı, miqrasiya, təhsil, iqtisadiyyat və ticarət, eləcə də energetika.
“Mən şadam ki, biz məktəblilərin və tələbələrin gələcəkdə Böyük Britaniyaya və əksinə, Almaniyaya daha rahat səyahət etmələrinə imkan verən razılaşmaya nail ola bildik. Bu, xüsusilə gənc nəsilə hər iki ölkəni daha yaxından tanımaq imkanı verəcək” – Almaniyanın kansleri Fridrix Merts bildirib.
Məlumat üçün bildirək ki, bu, Fridrix Merts üçün Böyük Britaniyanın paytaxtı Londona ilk səfər idi.