Böyük Britaniya Silahlı Qüvvələrinin naziri bildirir ki, Ukraynada bir aylıq atəşkəs təşəbbüsü ilə bağlı Fransa və Britaniya arasında heç bir razılaşma əldə olunmayıb

14:53, 03.03.2025

 
Böyük Britaniya Silahlı Qüvvələrinin naziri Luk Polard bildirir ki, Ukraynada bir aylıq atəşkəs təşəbbüsü ilə bağlı Fransa və Britaniya arasında “heç bir razılaşma” əldə olunmayıb.

Polard, “müxtəlif variantların məxfi şəkildə müzakirə olunduğunu” deyib.

Böyük Britaniya Silahlı Qüvvələrinin nazirinin izah etdiyi kimi, “mümkün qədər tez” davamlı sülhü təmin edəcək plan hazırlamaq mühümdür.

Məlumat üçün bildirək ki, bundan əvvəl Fransanın “Le Figaro” nəşri Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ukraynada bir aylıq atəşkəs təşəbbüsü ilə çıxış etdikləri haqda məlumat yaydı.

Oxşar