Böyük Britaniya Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Britaniyanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığı barədə bəyanatını yalan adlandırır
Böyük Britaniya hakimiyyəti Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığı barədə bəyanatını yalan adlandırır.
Britaniyanın Baş nazirinin mətbuat katibi Vladimer Putinin beynəlxalq ictimaiyyətin diqqətini Ukraynada törətdiyi vəhşiliklərdən yayındırmaq üçün yalan danışdığını bildirib.
“Bu, Vladimer Putinin diqqəti Ukraynadakı qəddar əməllərindən yayındırmaq üçün açıq cəhdidir. Bu, doğru deyil. Bu gün Britaniyanın Baş nazirinin ukraynalıların inanılmaz dözümlülüyünə hörmət etdiyini dediyi sözlərini yəqin görmüsünüz. Biz ədalətli və dayanıqlı sülhü təmin etmək üçün səyimizə davam edəcəyik” – bəyanatda deyilir.
Rusiyanın Xarici Kəşfiyyat Xidmətində Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməyə hazırlaşdığını bəyan ediblər. Onların sözlərinə əsasən, London və Paris Kiyevə nüvə silahı verilməsini gizlətmək və Kiyevin onu özünün yaratdığını bəyan etmək istəyirlər. Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev bildirib ki, əgər Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahı verərsə, Rusiya London və Parisə nüvə zərbəsi endirəcək. Onun sözlərinə əsasən, Rusiya, lazım gələrsə, nüvə silahını onu verən ölkələrə qarşı da istifadə edəcək, çünki onlar münaqişənin tərəflərinə çevriləcəklər.