Böyük Britaniya Mamuka Pipia, Nikoloz Mjavanadze, Qiorqi İremadze və Paata Abuladzeyə sanksiyalar tətbiq edib

15:15, 01.10.2026

 

Böyük Britaniya Gürcüstanın dörd vətəndaşına — Mamuka Pipia, Nikoloz Mjavanadze, Qiorqi İremadze və Paata Abuladzeyə sanksiyalar tətbiq edib.

Sanksiyalara aktivlərin dondurulması, Böyük Britaniyaya giriş qadağası, trastlarla bağlı xidmətlərin məhdudlaşdırılması və direktor vəzifəsini tutmağa qoyulan qadağa daxildir.

Sanksiyaların tətbiqi haqqında sənəddə qeyd olunduğu kimi, Britaniya hökuməti hesab edir ki, Mamuka Pipianın 2019-cu ilin “Rusiyaya qarşı sanksiyalar (Avropa İttifaqından çıxış) qaydaları”na uyğun olaraq “iştirakçı şəxs” olmasına dair əsaslı şübhə var, aşağıdakı əsasla:

“Mamuka Pipia Ukraynada qeyri-sabitlik yaradan, yaxud Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan, təhlükə yaradan və ya ona zərər vuran dəstəyin göstərilməsində və ya belə siyasət və ya əməllərin populyarlaşmasında iştirak edib və ya edir. Gürcü siyasi partiyası “Sülh naminə həmrəylik”in lideri və beynəlxalq katibi vəzifəsində o, qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri ilə görüşən gürcü siyasətçilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edib və sonradan bu səfəri ictimai şəkildə yayıb. Həmçinin o, rus dezinformasiya narrativlərinin yayılmasına kömək edib” – Britaniya hökuməti tərəfindən yayılmış məlumatda qeyd olunub.

“Sülh naminə həmrəylik” partiyasının Siyasi Şurasının üzvü olan Qiorqi İremadze Britaniyanın məlumatına əsasən, qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri ilə görüşən gürcü siyasətçilərinin nümayəndə heyətinə qoşulub. “Həmçinin, Ukraynada qeyri-sabitlik yaradan, yaxud Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan, təhlükə yaradan və ya ona zərər vuran dəstəyin göstərilməsində və ya belə siyasət və ya əməllərin populyarlaşmasında iştirak edib və ya edir” – sənəddə qeyd olunub.

Böyük Britaniya hökumətinin məlumatına əsasən, Nikoloz Mjavanadze Gürcüstanda fəaliyyət göstərən rusdilli telekanalın təsisçisi kimi qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri ilə görüşən gürcü siyasətçilərinin nümayəndə heyətinə qoşulub.

Paata Abuladzedən də sənəddə həmin səfərdə iştirak etmiş siyasi və hərbi icmalçı kimi bəhs olunur.

Buna qədər Britaniyanın Gürcüstandakı Səfirliyi Gürcüstanın qanunsuz işğal olunmuş regionları, Abxaziya və “Cənubi Osetiya” ilə əlaqəli olan Marat Kambolov, Alan Qaqloyev və Serqey Tolmaçova
sanksiya tətbiq edilməsi barədə məlumat yaymışdı.

Oxşar