Böyük Britaniya ilin sonuna qədər Ukrayna üçün 150 000 dron alacaq
Böyük Britaniya hakimiyyətində Kiyevə 150 000 pilotsuz uçuş aparatının tədarükünü və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini nəzərdə tutan 750 milyon funt-sterlinq (təxminən bir milyard dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaqlarını bəyan ediblər.
“İlin sonunadək Britaniya Ukraynanın azadlığı və suverenliyinin qorunmasına kömək etmək məqsədilə 752 milyon funt-sterlinq dəyərindəki maliyyə yardımı paketi çərçivəsində ona 150 000 dron təhvil verəcək. Bu paket Britaniyanın “Extraordinary Revenue Acceleration” (ERA) proqramı çərçivəsində Ukraynaya ayırdığı 2,26 milyard funt-sterlinq həcmindəki kredit hesabına maliyyələşir. Kreditin təminatını isə Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə olunan gəlirlər təşkil edir ki, bu barədə də ötən il maliyyə naziri məlumat vermişdi” – Britaniyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Paket çərçivəsində 2026-cı ilin sonunadək Ukraynaya həmçinin hava hücumundan müdafiə sistemləri üçün 350-dən çox raket və radarlar, o cümlədən yüngül çoxməqsədli raketlər və yerüstü radar sistemləri təhvil veriləcək.
“Dronları, hava hücumundan müdafiə raketlərini və radarları əhatə edən bu paket Kiyevə günahsız ukraynalıları Putinin kütləvi dron və raket hücumlarından qorumağa kömək edəcək” – Britaniyanın müdafiə naziri Den Carvis bəyan edib.