Böyük Britaniya Hörmüz boğazının bağlanmasına görə rus neftinə qarşı sanksiyaları yüngülləşdirib
Böyük Britaniya Hörmüz boğazının bağlanmasına görə rus neftinə qarşı sanksiyaları yüngülləşdirib

 

Britaniya hökuməti, ABŞ kimi, üçüncü ölkələrdə dizel yanacağı və aviasiya yanacağına emal olunan rus neftinə qarşı sanksiyaları yüngülləşdirib. Bu barədə məlumatı “Reuters” yayır.

Yüngülləşdirilmiş rejim bu gündən qüvvəyə minib.

Böyük Britaniya hökumətinin nümayəndəsinin bəyanatına əsasən, bu, müvəqqəti qərardır. Onun sözlərinə əsasən, Böyük Britaniya sərt sanksiyalar rejiminə yenə də sadiqdir.

“Reuters”in yazdığı kimi, sanksiyaların yüngülləşdirilməsi, Hörmüz boğazının cari blokadası ilə bağlı olan bəzi neft məhsullarının tədarükünün kəsilməsi və energetika böhranının dərinləşməsi qorxusunu əks etdirir.