Böyük Britaniya Gürcüstanın Daxili İşlər Nazirliyinin bir neçə yüksək vəzifəli məmuruna sanksiya tətbiq edib
Böyük Britaniya Gürcüstanın Daxili İşlər Nazirliyinin bir neçə yüksək vəzifəli məmuruna sanksiya tətbiq edib

 
Birləşmiş Krallıq Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və daha dörd şəxsə sanksiya tətbiq edib. Müvafiq məlumat Birləşmiş Krallıq hökumətinin veb səhifəsində dərc olunub.

Həmçinin, Sulxan Tamazaşvili, Mileri Laqazauri, Zviad Xarazişvili və Aleksandre Daraxvelidzeyə sanksiyalar tətbiq edilib.

Sanksiyalar aktivlərə həbs qoyulmasını və səyahət məhdudiyyətlərini əhatə edir.

Böyük Britaniya hökumətinin qərarında qeyd edildiyi kimi, bu şəxslər insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyırlar. Xüsusilə, Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra başlayan etiraz nümayişləri zamanı Gürcüstanın Daxili İşlər Nazirliyi polis qüvvələri tərəfindən nümayişçilərə qarşı qeyri-proporsional zorakılıq tətbiq edilməsinə nəzarət edirdi.