Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi – Yaxın Şərqdə müharibənin başlanmasından bəri gəmilərə qarşı on altı hücum qeydə alınıb
Yaxın Şərqdə müharibənin başlanmasından bəri gəmilərə qarşı on altı hücum qeydə alınıb, – bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi məlumat yayıb.
Onların məlumatına görə, yalnız keçən gecə Hörmüz boğazında daha üç yük gəmisi hücuma məruz qalıb.
UKMTO bildirir ki, partlayıcı maddələrlə yüklənmiş İran gəmiləri çərşənbə günü İraq sularında iki yanacaq tankerinə hücum edib və onları yandırıb. Hücum nəticəsində ekipajın bir üzvü həlak olub.
Reuters yazır ki, 28 fevral tarixindən sonra, ABŞ və İsrailin İran üzərinə zərbələri başladığı vaxtdan bəri, Fars körfəzi və Hörmüz boğazı boyunca yükdaşıma demək olar ki, dayandırılıb; burada dünya neftinin təxminən beşdə biri daşınır. Cari hadisələr neftin qiymətində kəskin artıma səbəb olub.