Böyük Britaniya Baş Nazirinin Ofisi – Kir Starmer telefon danışığı zamanı Volodimir Zelenskiyə müharibə zamanı seçkilərin təxirə salınmasının tamamilə ağlabatan olduğunu deyib

11:04, 20.02.2025

 
Böyük Britaniyanın Baş naziri Kir Starmer telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibə zamanı seçkilərin təxirə salınmasının tamamilə ağlabatan olduğunu deyib.

Bu barədə Böyük Britaniya Baş Nazirinin Ofisi tərəfindən yayılmış bəyanatda qeyd olunub.

Bəyanatda deyildiyi kimi, Starmer Zelenski ilə söhbətində birlikdə işləməyin vacibliyini vurğulayıb.

“Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Zelenskiyə dəstəyini ifadə edib və bildirib ki, Böyük Britaniyanın İkinci Dünya Müharibəsi zamanı etdiyi kimi, müharibə zamanı seçkilərin təxirə salınması tamamilə ağlabatandır” – bəyanatda deyilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də sosial şəbəkədə telefon danışığı haqda yazıb. O bildirib ki, tərəflər gələcək planları və imkanları müzakirə ediblər.

“Avropanın müdafiəsi və təhlükəsizliyinin möhkəmləndirilməsində Birləşmiş Krallığın rolu bizim üçün mühümdür. Biz Britaniya xalqının Ukraynaya göstərdiyi dəstəyi heç vaxt unutmayacağıq” – Zelenski sosial şəbəkədə yazır.

Oxşar