Böyük Britaniya ABŞ ilə dizel ixracının mümkün dayandırılması ilə bağlı danışıqlar aparır

14:25, 29.09.2026

 

Böyük Britaniya ABŞ hakimiyyəti ilə dizel yanacağının ixracının mümkün dayandırılması barədə danışıqlar aparır. Bu barədə “BBC”yə Böyük Britaniyanın maliyyə naziri Con Hil açıqlayıb.

“Ehtiyac halında biz həmçinin zəruri tədbirlər görəcəyik və Böyük Britaniyada öz ehtiyatlarımız var” – Hil açıqlayıb.

Böyük Britaniyanın maliyyə naziri, Britaniya hökumətinin amerikalılarla çox sıx əməkdaşlıq etdiyini deyib.

“Amerikalılarla birlikdə bu problemi həll edəcək və ya xeyli yüngülləşdirəcək tədbirlər görməyə çalışırıq. Xüsusilə də bu, diplomatik razılaşma və İranla hərbi əməliyyatların dayandırılmasıdır” – Hil qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp ölkədə qiymətlərin rekord həddə qalxması fonunda dizel ixracının məhdudlaşdırılması haqqında düşünür. İstehsalçılar bunun yanacaq bazarlarında xaosa səbəb olacağını qeyd edirlər.

Avropa İttifaqının nümayəndələri bəyan ediblər ki, dizel ixracına 90 günlük qadağa planı Avropa bazarlarına ciddi şəkildə əks oluna bilər.

Oxşar