Bosniya və Herseqovinanın Milli Bankının vitse-prezidenti – Ölkəmin də Gürcüstanın iqtisadi artım səviyyəsinə çatmasını istərdim
Tbilisi Maliyyə Sammiti kimi tədbirlər bir çox səbəbə görə vacibdir, lakin ən əsas fakt odur ki, sammit çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan peşəkarlarla görüşmək, müxtəlif layihələr istiqamətində müzakirələr aparmaq, işləmək və əməkdaşlıq etmək imkanı əldə edirik — bu barədə Bosniya və Herseqovinanın Mərkəzi Bankının vitse-prezidenti Emir Kurtiç açıqlayıb.
O, Gürcüstanın bu cür miqyaslı və vacib sammitlərin təşkili üçün möhtəşəm ölkə olduğunu deyib.
“Aydındır ki, Gürcüstanın, Tbilisinin geostrateji mövqeyi hazırda hamımızın burada olmağımızı və üzləşdiyimiz vacib məsələləri müzakirə etməyimizi tamamilə məntiqi edir” – Emir Kurtiç qeyd edib.
O, qlobal çağırışlar və risklər fonunda Gürcüstanın iqtisadiyyat baxımından çox uğurlu ölkə olması və iqtisadi artımın təsirli olmasının təqdirəlayiq olduğunu bildirib.
“Ölkəmin də Gürcüstanın iqtisadi artım səviyyəsinə çatmasını istərdim. Hazırda Bosniya və Herseqovinada iqtisadi artım baxımından müəyyən çətinliklərimiz var. Gürcüstanın iqtisadi cəhətdən yaxşı inkişaf etdiyini eşitmək şəxsən mənim üçün və ölkəm üçün ilhamvericidir və düşünürəm ki, bu, real olaraq mümkündür” — Bosniya və Herseqovinanın Milli Bankının vitse-prezidenti Emir Kurtiç qeyd edib.
Tbilisi Maliyyə Sammiti bu il 60-a yaxın ölkədən 1000-dək nümayəndəni bir araya gətirib. Sammit Gürcüstan Milli Bankı, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Sinqapurda təsis edilmiş Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) birgə təşkilatçılığı ilə bu il ikinci dəfə keçirilib.