"Borcomi" zavodunun əməkdaşları bu gün aksiya keçirməyəcəklər, şirkətlə danışıqlar planlaşdırılır
“Borcomi” zavodunun tətil etmiş əməkdaşları bu gün aksiya keçirməyəcəklər. Əməkdaşlar bəyan edirlər ki, şirkət danışıqları onlarla Hərmkarlar İttifaqının iştirakı ilə davam etdirəcək. Bu məlumatı tətil edənlərə Səhiyyə Nazirliyindən ayrılan mediator çatdırdı.
Görüş şirkət administrasiyası, tətil etmiş əməkdaşlar və Hərmkarlar İttifaqının nümayəndəsi arasında günün ikinci yarısında baş tutacaq.
Hərmkarlar İttifaqının nümayəndəsi, Giorgi Diasamidzenin məlumatına görə, etiraz dövründə şirkətin menecmentində dəyişikliklər baş verdi. Şirkətin özü bu barədə nə şərh və nə də bəyanat yaymayıb.