"Borcomi" şirkəti 49 əməkdaşını azad etdi
"Borcomi" şirkəti 49 əməkdaşını azad etdi

“Borcomi” şirkəti 49 əməkdaşını azad etdi. Bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda deyildiyi kimi, bu gün şirkət böyük çağırış qarşısında durur.

“Bildiyiniz kimi, bu gün şirkətimiz böyük çağırış qarşısında durur. Hər şeyi edirik ki, ilk növbədə şirkəti xilas edək və iş yerlərini maksimal olaraq qoruyub saxlayaq.

Yaranmış vəziyyətdə işlə təmin olunanlar müqaviləsinə dəyişiklik etməyə məcbur olduq, çünki şirkət zavodda buraxılan saatların 100 faizi ilə ödəməyə imkanı yoxdur. Məhz elə buna görə, əməkdaşlara yeniləşdirilmiş şərtləri (buraxılmış saatların 50 faizlə ödənilməsini nəzərdə tutur – işlənilmiş saatların ödənilməsi dəyişməz olaraq qalır)  təklif etdik. Bu isə, təəssüflər olsun, əməkdaşların kiçik hissəsi üçün məqbul olmadı, buna görə, məcbur olduq, zovodda yenidənqurma prosesinə başlayaq və 49 əməkdaş üçün qanunvericilik əsasında müqaviləni dayandıraq.

Mövcud vəziyyətə anlamla yanaşan çoxlu sayda işçiyə təşəkkür etmək istəyirik və ümid edirik ki, ixtisar etmək məcburiyyətində qalmayacağıq”, – şirkətin rəsmi bəyanatında deyilir.