Borjomi bələdiyyəsində hadisə
Borjomi bələdiyyəsində hadisə

Borjomidə baş verən avtomobil qəzasında bir gənc həlak olub, üç nəfər yaralanıb. Maşın çaya düşüb.

Hadisə Yaşıl Monastırın yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən iki avtomobil bir-biri ilə toqquşub, onlardan biri Mtkvari çayına düşüb.

Təcili yardım xidmətinin məlumatına görə, 17 yaşlı oğlan hadisə yerində həlak olub.

Əldə olan məlumata görə, bu gün sonuncu zəngi qeyd edən Borjomi dövlət məktəblərindən birinin şagirdləri maşında əyləşiblər.