Borjomdə 150 məcburi köçkün ailəsi üçün müasir standartlara uyğun yaşayış binasının tikinti və təmir işləri yekun mərhələdədir

11:45, 21.08.2026

Borjomdə 150 məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün müasir standartlara uyğun yaşayış binasının tikinti və təmir işləri yekun mərhələdədir.
Tam şəraitli yaşayış mühitinin yaradılması məqsədilə yaxın vaxtlarda binanın ətraf infrastrukturunun abadlaşdırılmasına başlanılacaq.
Yeni inşa edilmiş binada tam təmir olunmuş mənzillər Borjomi bələdiyyəsində kompakt məskunlaşma obyektlərində qeyri-qənaətbəxş şəraitdə yaşayan məcburi köçkün ailələrinə veriləcək.
Tikinti başa çatdıqdan sonra Borjomdə yaşayan məcburi köçkünlərin layiqli mənzillə təmin olunması məsələsi tam həll ediləcək.
İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Giorgi Tsagareişvili və Məcburi Köçkünlər Agentliyinin direktoru Davit Kaykasişvili məcburi köçkün ailələrinin yerləşdirilməsi məqsədilə aparılan tikinti işləri ilə yerində tanış olublar.
Borjomlə yanaşı, məcburi köçkün ailələri üçün yaşayış kompleksləri daha 3 şəhərdə – Tbilisi, Zuqdidi və Rustavidə də inşa edilir.
məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar