Boris Pistorius – “Təchizatımızı yoxlamalıyıq və Ukrayna üçün nə edə biləcəyimizi görməliyik; əgər heç nə qalmayacaqsa, maliyyə dəstəyi təmin edəcəyik”
Boris Pistorius – “Təchizatımızı yoxlamalıyıq və Ukrayna üçün nə edə biləcəyimizi görməliyik; əgər heç nə qalmayacaqsa, maliyyə dəstəyi təmin edəcəyik”

Almaniya Müdafiə Naziri Boris Pistorius bildirib ki, ölkələr öz ehtiyatlarını yoxlamalı və Ukraynaya nə verə biləcəklərini qiymətləndirməlidirlər.

Bu barədə o, Brüsseldə Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə nazirlərinin görüşündən əvvəl açıqlama verib:

“Ukraynaya daha intensiv dəstək göstərməliyik, ehtiyatlarımızı yoxlamalı və görməliyik ki, nə edə bilərik. Əgər ehtiyatlarda Ukraynaya verə biləcəyimiz heç nə qalmayacaqsa, maliyyə vasitəsilə dəstək verə bilərik – elə keçən il olduğu kimi, bir milyard avro həcmində maliyyə təminatı ilə razılığa gəlmişdik”, – deyə Boris Pistorius bildirib.