Boris Pistorius Rusiya ilə dizel yanacağı haqda müqavilənin Donald Trampın çarəsizliyini göstərdiyini və daxili siyasi təzyiqin nəticəsi olduğunu bildirir
Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı son vaxtlardakı mövqe dəyişikliyi gərgin daxili siyasi təzyiqin nəticəsidir və Moskva ilə dizel yanacağı sövdələşməsi Trampın çarəsizliyini göstərir.
Pistoriusun Berlində işəgötürənlərin konfransındakı çıxışı zamanı bəyan etdiyi kimi, Tramp aralıq seçkilərində hər vəchlə qələbə qazanmağa çalışır.
“Tarix göstərir ki, liderlər daxili təzyiq altında olduqda çıxış yolunu xarici siyasətdə axtarırlar, lakin Trampın addımı əks nəticə verəcək” – Almaniyanın müdafiə naziri qeyd edib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Rusiya Prezidenti Vladimer Putinlə danışdığını və onunla rus dizel yanacağının Birləşmiş Ştatlara və dünya bazarlarına tədarükü barədə razılıq əldə etdiyini bəyan edib.