Boris Pistorius rus dronlarının Polşaya daxil olmasının təkcə Polşaya deyil, bütün NATO-ya qarşı məqsədyönlü təxribat olduğunu bildirir
Almaniyanın müdafiə naziri Boris Pistorius rus dronlarının Polşaya daxil olmasının təkcə Polşaya deyil, bütün NATO-ya qarşı məqsədyönlü təxribat olduğunu bildirir.
“Hava məkanının çoxsaylı pozuntuları, xüsusən də rus dronları tərəfindən qəbuledilməzdir və təkcə Polşaya qarşı deyil, bu, açıq şəkildə vurğulanmalıdır, bu, bütövlükdə NATO-ya və Avropa təhlükəsizlik nizamımıza qarşı məqsədyönlü təxribatdır” – Pistorius bildirib.
Bununla yanaşı, NATO-nun 5-ci maddəsinin işə salınmasının mümkünlüyü ilə bağlı verilmiş suala cavab olaraq Pistorius qeyd edib ki, bu, hərbi nöqteyi-nəzərdən hücum olmayıb və bildiyi kimi, məqsəd nəyisə məhv etmək olmayıb.
“Bu, Polşanın hava məkanını pozmağa yönəlmiş hücum idi, lakin mənim bildiyim qədərilə, bu, hərbi nöqteyi-nəzərdən nəyisə məhv etmək və ya kimisə öldürmək məqsədi daşıyan hücum olmayıb. Belə ki, bu, qəsdən edilmiş hücum deyildi, beynəlxalq hüququn və Polşanın suverenliyinin qəsdən pozulması idi” – Pistorius bildirib.