Boris Pistorius - Almaniya "Taurus" tipli qanadlı raketləri və "Patriot" zenit-raket sistemlərini Ukraynaya verməyi planlaşdırmır
Almaniya ordusunda olan “Taurus” tipli hava qanadlı raketləri və Amerikanın “Patriot” zenit-raket sistemlərini Ukraynaya verməyi planlaşdırmır – bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius “Financial Times”a müsahibəsində deyib.
Pistorius Rusiyanın hava hücumlarının son vaxtlardakı dalğasına və Kiyevin növbəti tələbinə baxmayaraq, Berlinin Ukrayna ordusuna uzaqmənzilli raketləri verməyəcəyini bildirib.
Alman nazir bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə daha çox “Patriot” tipli sistem verə bilməz, çünki on iki belə sistemdən yalnız altısı onda var – üçü artıq Ukraynaya verilib, ikisini Polşa götürüb, daha biri isə ya texniki xidmətdədir, ya da təlim üçün istifadə olunur.
“Bu, həqiqətən çox azdır, xüsusən də NATO ilə əlaqədar hansı məqsədlərə nail olmaq istədiyimizi nəzərə alsaq. Biz, həqiqətən, daha çoxunu verə bilmərik” – Boris Pistorius qeyd edib.