Britaniyanın baş naziri və onun həyat yoldaşı Kerri Simondun oğlu oldu. Cütlüyün spikerinin bəyan etdiyinə görə, ana və uşağın sağlamlıq vəziyyəti qənaətbəxşdir. Boris Consonun dekret məzuniyyətinin alıb almaması hələlik məlum deyil.
“Ana və yeni dünyaya gələn uşaq özlərini yaxşı hiss edirlər. Baş nazir və xanım Simonds milli səhiyyə servis qrupuna təşəkkürlərini bildirirlər”, – Boris Consonun və onun həyat yoldaşının spikeri bəyan edir.
Xatırladaq ki, Britaniyanın baş naziri “COVID-19” virusundan müalicə olunduqdan sonra, işinə keçən bazarertəsi qayıtdı.