Boris Consonun bəyan etdiyinə görə, fevralda Britaniyada məktəblərin açılması mümkün olacaq
Britaniya baş naziri, Boris Consonun bəyan etdiyinə görə, fevralda ölkədə məktəblərin açılması mümkün olacaq.
Halbuki, Conson ümidvar olduğunu bildirir ki, vaksinasiya proqramı ölkədə məktəbləri 8 martdan açılmasına mümkün edəcək.
Bu barədə məlumatı” Reuters” agentliyi yayır.
Boris Consonun dediyinə görə, məktəblərin açılmasından sonra, yoluxma halları azalsa, başqa iqtisadi və sosial məhdudiyyətlərin aradan qaldırlması da mümkündür.
“Reuter” yazır ki, ölkədə yeni növün yayılması ilə bağlı, Boris Conson iqtisadiyyatı dayandırdı və başqa qonşu ölkələrdən fərqli olaraq, vaksinasiya prosesini sürətləşdirir.
Pandemiyanın başlamasından bu günə qədər, Britaniyada koronavirusdan 102 mindən artıq insan vəfat etdi və virusa 3.7 milyondan artıq insan yoluxdu. Virusun yayılması baxımından Britaniya dünyada beşinci yerdədir.