Boris Conson Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyindən ehtiyat edir
Boris Conson Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyindən qorxur. Bu barədə Böyük Britaniyanın baş naziri Sky News telekanalına müsahibəsində bildirib.
Conson deyib ki, Ukraynada müharibəni bitirməyin yeganə yolu Putinin “fəlakətli səhv” etdiyini başa düşməsidir.
“Kimyəvi silahlar haqqında eşitdiklərimiz Rusiyanın oyun qaydalarının bir hissəsidir. Onlar kimyəvi silahların öz rəqibləri və ya ABŞ tərəfindən saxlanmasından danışmağa başlayırlar”, – Conson bildirib.