Boris Conson Rusiya neft və qazından asılılığına son qoyacağını deyir
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın neft və qazından asılılığına son qoyacağına söz verib. Bu barədə “BBC” məlumat yayıb.
Britaniya parlamentində çıxış edən Conson bildirib ki, Rusiya təcavüzünün iqtisadi sarsıntıları Britaniyaya təsir etdiyi üçün ölkə hökumətinin prioritetləri uzunmüddətli olmalıdır.
Boris Consona görə, ehtiyacı olan ailələrə dövlət dəstəyi “Putinin neft və qazdan asılılığına son qoymağa və uzunmüddətli perspektivdə enerjini ucuzlaşdırmağa” kömək edəcək.
Britaniya hökuməti başçısının sözlərinə görə, ölkənin enerjisi külək enerjisindən istifadə etməklə və yeni nüvə reaktorları tikməklə ekoloji cəhətdən təmiz və təhlükəsiz olacaq.
Conson deyib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskini Britaniya və müttəfiqlərinin Rusiyanın hücumuna qarşı çıxmaq üçün Ukraynanı lazım olan silahlarla təmin etmək qərarına gəldiyinə inandırıb.
Conson bildirib ki, onun məqsədi Ukraynanı Rusiyanın heç vaxt işğal etməyə cəsarət etməyəcəyi nöqtəyə qədər gücləndirməkdir.