Boris Conson - Putinlə münasibət ayağını dişləmiş timsah ilə söhbət etməyə bənzəyir
Boris Conson - Putinlə münasibət ayağını dişləmiş timsah ilə söhbət etməyə bənzəyir

Böyük Britaniyanın baş naziri, Boris Conson Rusiya prezidenti, Vladimir Putinlə danışıqları timsahla söhbətə bənzədir. Consonun bəyanatını “Reuters” agentkiyi yayır.

Consonun dediyinə görə, Putinlə münasibət ayağını dişləmiş timsah ilə söhbət etməyə bənzəyir.

Bununla yanaşı, Boris Consonun fikrincə, Ukrayna üzrə sülh danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalı var. Britaniya liderinin sözlərinə görə, Qərbin Ukraynanı silahlandırmaqda davam etməsi son dərəcə vacibdir.

“Ukraynalıların indi Putinlə necə danışıqlar apara biləcəyini görmək çətindir, xoş niyyətliliyin açıq-aşkar olmamasını nəzərə almaqla. Onun açıq-aydın olan strategiyası Ukraynanın mümkün qədər çox hissəsini udmağa çalışmaq və ola bilsin ki, güc mövqeyindən hansısa güclə danışıqlar aparmaqdır”, – Conson bəyan etdi.

Medianın yazdığına görə, Boris Conson bu barədə həmkarı, Narendra Modi ilə danışıqlar aparacağı Hindistana yola düşməmişdən əvvəl açıqlama verdi. “Reuters”-in məlumatına görə, Conson Hindistana səfəri zamanı Hindistanın baş nazirini Ukraynada davam edən müharibəyə neytralitetinə son qoymağa çağırmağı planlaşdırır.