Boris Conson Kiyevə gözlənilməz səfərlə gedib

19:42, 17.06.2022

Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə gözlənilməz səfərə gedib. Bu, onun müharibə başlayandan bəri Ukraynaya ikinci səfəridir.

Boris Conson artıq Vladimir Zelenski ilə görüşüb. Müvafiq videonu Ukrayna prezidenti “Facebook” sosial şəbəkəsində yerləşdirib.

“Müharibənin bir çox günü Britaniyanın Ukraynaya dəstəyinin güclü və sarsılmaz olduğunu sübut etdi. Mən böyük dostumuzu yenidən Kiyevdə görməyə şadam”, – Ukrayna prezidenti Vladimir Zelenski yazıb.

Oxşar