Boris Conson İcmalar Palatasının üzvlərinə "kaqebenin" keçmiş agenti, Aleksandr Lebedevlə rəsmilərin iştirakı olmadan görüşdüyünü təsdiq etdi
Birləşmiş Krallığın baş naziri, Boris Conson İcmalar Palatasının üzvlərinə “kaqebenin” keçmiş agenti, Aleksandr Lebedevlə rəsmilərin iştirakı olmadan görüşdüyünü təsdiq etdi. Bu barədə məlumatı “BBC” yayır.
Agentliyin yaydığı məlumata görə, baş nazirə bu barəsdə sualı Parlamentdə verdilər. Burada o, dünən qanunvericilərin suallarını cavablandırırdı.
“Mən onunla cəmi bir neçə dəfə görüşdüm”, – Conson bəyan etdi. Millət vəkillərinin 2018-ci ildə Xarici İşlər naziri postunu tutarkən İtaliyada görüşüb-görüşmədiyini soruşduqda, Conson görüş faktını təsdiqlədi və həmçinin Lebedevlə London meri dövründə də görüşdüyünü qeyd etdi.
Həmçinin, “BBC”-nin yazdığna görə, məhz Boris Consonun lobbiçiliyi ilə Aleksandr Lebedevin oğlu Yevgeniyə Perri titulu verildi və İcmalar Palatasının üzvü oldu. Baxmayaraq ki, təhlükəsizlik xidməti Yevgeni milli təhlükəsizliyə təhdid ola biləcəyi barədə xəbərdarlıq edirdi. Lakin sonradan Consonun tələbi ilə bu xəbərdarlıq geri götürüldü.