Bolnisidə koronavirusa yoluxma halları 108-ə qədər artdı.
Bolnisi munitsipalitetinin meriyasının məlumatına görə, bu gün təsdiqlənmiş hallardan 10-u Bolnisidəndir. Onların yoluxma mənbəyi hazırda məlumdur. Həmin şəxslər bu vaxta kimi aşkarlanmış halların kontaktlarıdırlar.
“Altı hal Muşevan (Dəllər), üç hal dünən bir şəxsdə yoluxmanın təsdiqləndiyi Qeta kəndindəndir, halların biri isə Savaneti klasterindəndir.
Bolnisi munitsipalitetinin kəndlərində dünən gün ərzində virusa yoluxan halların kontaktlarından nümunələrin götürülməsi prosesi gedirdi”, – deyə Bolnisi mediyasında bəyan edirlər.