Bolnisidə koronavirus daha iki insanda təsdiq olundu
Bolnisidə koronavirus daha iki insanda təsdiq olundu

Bolnisi munisipalitetində koronavirus daha iki insanda təsdiq olundu.

Bolnisidə bu gün səhər alınan loboratoriya yoxlaması nəticələri ilə, koronavirus infeksiyası daha iki şəxsdə müəyyən edildi. Təsdiq olunmuş hallar, 25 apreldən sonra sərt karantin rejimi elan edilən Muşevani kəndindəndir.

Bu kənddə artıq 38 təsdiq olunmuş hal qeydə alınır.

Dünən axşam alınan loboratoriya yoxlaması nəticələri ilə isə, Muşevani kəndində koronavirus yeddi nəfərdə, Qetadaə isə, səkkiz nəfərdə təsdiq olundu.

Qeta kəndində bu gün səhərdən tədbirlər sərtləşdirildi və nəzarət-buraxılış məntəqəsi quraşdırıldı. Kəndə giriş və çıxış kəskin məhdudlaşdırılıb.

Bu vaxt üçün Bolnisi munisipalitetində yeni koronavirusun 139 təsdiq olunmuş halı qeydə alınır. Buradan 49 pasiyent sağaldı, üçü həlak oldu.