Bolnisidə iki gündür ki, koronavirusa yeni yoluxma halları qeydə alınmayıb
Bolnisidə iki gündür ki, koronavirusa yeni yoluxma halları qeydə alınmayıb

Bolnisidə iki gündür ki, koronavirusa yeni yoluxma halları qeydə alınmayıb.

Bu gün səhər alınmış laboratoriya tədqiqat nəticələrinə əsasən, nümunəsi götürülən 15 şəxsdə koronavirus təsdiqlənmədi.

Onlardan 11 şəxs təcili tibbi yardım xidmətinin əməkdaşları, geridə qalan 4 şəxs  isə Bolnisi hərarət mərkəzinə yerləşdirilən pasiyentlər idi.

Bu vaxt üçün Bolnisidə 120 koronavirusa yoluxma halə qeydə alınıb, onlardan 24-ü sağalıb, üç nəfər isə dünyasını dəyişib.

Həmçinin bu gün, Bolnisi və yaxınlıqda yerləşən dörd kənddə, bir aprel tarixində təyin olunan məhdudiyyətlərin ləğv olunub-olunmayacağı məlum olacaq.

Əlavə nəzarət-buraxılış məntəqələrinin ləğv olunması halında, Kvemo Bolnisi və daha dörd kənd – Bolnisi, Zemo Bolnisi, Satsverisi, Poladauri bir-birləri ilə hər hansı bir maneə olmadan əlaqə saxlaya biləcəklər.

Kvemo Bolnisidə 6 aprel tarixindən sonra, iki inkubasiya müddətində koronavirusa yoluxma halları qeydə alınmayıb.