Bolnisi munisipalitetində yeni koronavirusdan daha beş insan sağaldı
Bolnisi munisipalitetinin məlumatına görə, yeni koronavirusdan daha beş insan sağaldı. Müvafiq olaraq qeyd olunan munisipalitetdə virusa yoluxan 121 insandan 37 nəfəri sağalıb.
Bununla yanaşı munisipalitetdə təsdiq olunmuş hallardan üçü dünyasını dəyişdi.
Bu vaxt üçün epidemioloqlar Savaneti kəndində işləyirlər. Burada 40 qədər insanın analizinin götürülməsi planlaşdırılıb.
Savaneti kəndində sərt karantin rejimi 15 apreldən qüvvədədir.
Həmçinin, munisipalitetdə günün sonuna qədər 48 nəfərin test cavabını gözləyirlər. Onların əksəriyyəti Qeta kəndində təsdiq olunan halların kontakt və güman edilən kontaktarıdır. Qeyd olunan kənddə koronavirusun dörd halı qeydə alınıb.
Bolnisi munisipalitetində evdə izolasiyada olanların sayı 145-ə qədər azaldı, 96 nəfər isə, karantində qalır.