Bolqarıstanın Hərbi Dəniz Qüvvələri Qara dənizdə, Müqəddəs İvan adası yaxınlığında naməlum dronu zərərsizləşdirib

14:59, 28.08.2026

Bolqarıstanın Hərbi Dəniz Qüvvələri Qara dənizdə, Müqəddəs İvan adası yaxınlığında naməlum dronu zərərsizləşdirib.
Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, ixtisaslaşmış hərbi-dəniz qrupu pilotsuz uçuş aparatını (PUA) aşkar edib və onun məhv edilməsi üzrə əməliyyatı uğurla həyata keçirib.
Hazırda pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu məlum deyil.
Qeyd edək ki, son dövrlərdə Bolqarıstan sahilləri yaxınlığında dronların aşkarlanması halları artıb.
Avqustun 14-də Bolqarıstanın Qara dəniz sahilinin üç ayrı məntəqəsində şübhəli obyektlər aşkarlanıb. Onların arasında təyyarə tipli dron, ehtimal olunan kəşfiyyat PUA-sı və dron qalıqları olub.
Bundan başqa, avqustun 26-da Bolqarıstan Hərbi Dəniz Qüvvələri Qara dəniz sahilində bir neçə dronun qalıqlarını aşkar edib.

Oxşar