Bolqarıstanda İstanbulda törədilən terror aktı ilə əlaqədə olan beş nəfər həbs edildi

14:11, 20.11.2022

Bolqarıstanda İstanbulda törədilən terror aktı ilə əlaqədə olan beş nəfər həbs edildi. Onlara iki maddə ilə ittiham irəli sürüldü – ölkə xaricində terror aktının təşkilinə imkanların yaradılması və insan alveri üçün.

Bolqarıstanın baş prokurorunun sözlərinə görə, bu şəxslər sərhəddə insan alveri və qaçaqmalçılıqla məşğul idilər. Həbs edilən vətəndaşlardan üçü Moldova vətəndaşı, iki nəfər – bir qadın və bir kişi isə, Suriya kürdləridilər. Türkiyə onların ekstradisiyası üçün artıq Bolqarıstana müraciət etdi.

İstanbulun İstiqlal küçəsində partlayış 13 noyabrda baş verdi, nəticədə ikisi azyaşlı olmaqla 6 nəfər həlak oldu, 81 nəfər xəsarət aldı. Türkiyə terror aktında Kürd Fəhlə Partiyasını və Suriya kürdlərini günahlandırır.

Oxşar