Bolqarıstanda iki zəncirvari qəza nəticəsində ən azı 12 nəfər həlak olub
Bolqarıstanda iki zəncirvari qəza baş verib və nəticədə ən azı 12 nəfər həlak olub.
Qəzanın şahidlərinin və iştirakçılarının sözlərinə əsasən, hadisəyə ehtimal ki, həddindən artıq sıx duman, məhdud görmə məsafəsi və yolun hərəkət hissəsinin buz bağlaması səbəb olub.
Burqas Təcili Tibbi Yardım Mərkəzinin məlumatına əsasən, ən azı 32 nəfər yaralanıb. Ağır yaralılar Yambol, Sliven və Burqas xəstəxanalarına yerləşdirilib.
Burqas hava limanına qəzalarda ağır yaralananların daşınmasını təmin edəcək hərbi nəqliyyat təyyarəsi “Spartan” gəlib. Təyyarə baş nazir Rumen Radevin göstərişi ilə göndərilib.
Burqas vilayətinin qubernatorunun sərəncamı ilə həmçinin “BG Alert” milli xəbərdarlıq sistemi işə salınıb. Sürücülərdən Sofiya istiqamətindəki Trakiya avtomagistralı ilə hərəkət etməmələri xahiş olunur, çünki Hacıdimitrovo yol qovşağında yol bağlanıb.
Hazırda yol-nəqliyyat hadisələrində iştirak edən avtomobillərin dəqiq sayı məlum deyil. Qeyri-rəsmi məlumatlara əsasən, zəncirvari qəzaya təxminən 50 avtomobil düşüb.