Bolqarıstan və İtaliya Rusiya gəmilərinin limanlara daxil olmasını qadağan etdilər
Bolqarıstan və İtaliya Rusiya gəmilərinin limanlara daxil olmasını qadağan etdilər. Qərar hər iki ölkənin hakimiyyəti tərəfindən Avropa İttifaqının Moskvaya qarşı tətbiq etdiyi yeni sanksiyalar əsasında qəbul edildi.
Sofiyada bəyan etdiklərinə görə, Rusiya gəmiləri bu səhərdən Bolqarıstanın heç bir şəhərinin limanına daxil ola bilməyəcək.
“Bütün Rusiya bayrağı altında üzən gəmilərin, eləcə də fevralın 24-dən sonra Rusiya bayraqlarını dəyişmiş və başqa ölkələrdə qeydiyyatdan keçmiş gəmilərin Bolqarıstan limanlarına girişi qadağan ediləcək”, – Bolqarıstan hökumətinin bəyanatında deyilir.
Təcili yardıma ehtiyacı olan və ya batmaqda olan gəmilər üçün istisnalara icazə veriləcək. Həmçinin Avropa İttifaqına yanacaq, məhsul və ya dərman idxal edən gəmilər üçün.
Oxşar qadağa artıq İtaliyada da tətbiq edildi. Artıq ölkədə olan Rusiya gəmilərinə əməliyyatları başa çatdırmaq və İtaliya ərazi sularını tərk etmək üçün müəyyən vaxt verildi.
Rusiya gəmilərinə oxşar qadağa yaxın gələcəkdə bütün Avropa İttifaqına üzv dövlətlərdə tətbiq olunacaq.