Bolqarıstan parlamenti Avropa İttifaqına üzv olmayan ölkələrdə seçki məntəqələrinin sayının azaldılmasını dəstəkləyib. Qərara səbəb kimi xaricdə yaşayan bolqarların ölkədaxili siyasi proseslər barədə kifayət qədər məlumatlı olmaması göstərilib.

Bolqarıstan parlamenti Avropa İttifaqına üzv olmayan ölkələrdə seçki məntəqələrinin sayının azaldılmasını dəstəkləyib. Bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Qərara əsasən, həmin ölkələrdə seçki məntəqələrinin sayı 20-yə endiriləcək. Seçki məntəqələrinin sayının azaldılacağı ölkələr arasında Türkiyə, ABŞ və Birləşmiş Krallıq da yer alır.

Yerli medianın yazdığına görə, qərarın əsas səbəblərindən biri xaricdə yaşayan bolqarların ölkənin daxili siyasi prosesləri barədə lazımi səviyyədə məlumatlı olmamasıdır. Dəyişiklik, eyni zamanda Bolqarıstanda gözlənilən növbədənkənar parlament seçkiləri ilə də əlaqələndirilir. Seçkilərin dəqiq tarixi hələlik açıqlanmayıb.

Məlumata görə, Bolqarıstanda növbədənkənar parlament seçkilərinin aprelin ikinci yarısında keçirilməsi planlaşdırılır.