Bol yağıntı və güclü külək səbəbindən Kaliforniya və Nevada ştatlarında bəzi kurortlar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, minlərlə abonent elektrik təchizatı ilə təmin olunmur
Güclü qar fırtınası Kaliforniya və Nevada ştatlarında problemlər yaradıb.
“BBC”nin məlumatına görə, bol yağıntı və güclü külək səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, qış kurortlarının bir hissəsi bağlanıb, minlərlə abonent elektrik təchizatı ilə təmin olunmur.
Xüsusilə Nevada ştatının yüksək dağlıq ərazilərində vəziyyət mürəkkəb olub, burada vətəndaşlara güclü külək səbəbindən evlərindən çıxmamağı tövsiyə ediblər.
Təbii fəlakət səbəbindən Nevada ştatında 33 min, Kaliforniyada isə 24 min abonent elektrik təchizatı ilə təmin olunmur.
Sinoptiklər ABŞ-da pis hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.