Bodbeli yepiskop İakobi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayen ilə görüşəcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayen bu gün Bodbeli baş yepiskop İakobi və “Demokratiya və İnkişaf Mərkəzi”nin icraçı direktoru Ketevan Çaçava ilə görüşəcək.
Bu haqda məlumat Dövlət Departamentinin saytında yerləşdirilib.
Görüş Dövlət Departamentində Tbilisi vaxtı ilə saat 19:30-da keçiriləcək.