BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, Mariupoldan, "Azovstal" zavodundan dinc əhalisinin evakuasiyası başladı
BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, Mariupoldan, “Azovstal” zavodundan dinc əhalisinin evakuasiyası başladı. Bu barədə “BBC” yazır.
“Beynəlxalq Qızıl Xaç Komitəsi təsdiq edir ki, BMT və münaqişə tərəfləri ilə koordinasiya əsasında təhlükəsiz çıxarılma əməliyyatı aparılır. Dinc əhalinin təxliyyəsi üçün nəzərdə tutulan konvoy təxminən 230 km qət edərək şənbə günü səhər Mariupol zavoduna çatdı. Beynəlxalq Qızıl Xaç Komitəsi tələb edir ki, vəziyyət bizə imkan verənə qədər təfərrüatlar açıqlanmasın. Çünki bu, mülki şəxslərin təhlükəsizliyinə və konvoyun təhlükəsizliyinə ciddi təhlükə yaradır”, – Qırmızı Xaçın bəyanatınında deyilir.
Mariupoldan təxliyə prosesini BMT nümayəndəsi də təsdiqləyir.