BMT - Ukraynaya Rusiyanın intervensiyasından sonra, yaşayış evini 11 milyondan artıq insan tərk etməli oldu
Ukraynaya Rusiyanın intervensiyasından sonra, yaşayış evini 11 milyondan artıq insan tərk etməli oldu. Bu barədə məlumatı BMT yayır.
Beynəlxalq təşkilatın hesabatına görə, hərbi əməliyyatlar başlayandan bəri 4,4 milyon Ukraynalı qonşu ölkələrə, eləcə də digər dövlətlərə qaçaraq qaçqın düşdü.
Eyni zamanda, Ukrayna hakimiyyətinin məlumatına görə, aprelin 9-da ölkə ərazisində 10 humanitar dəhliz razılaşdırıldı.
Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiya işğalçı qüvvələri dinc sakinləri bombalamağa davam edir.
Bu gün məlum oldu ki, Rusiya hərbçiləri Mirqorod şəhərinə raket zərbəsi edirdilər. Ukraynanın xalq müdafiəçisi Lyudmila Denisovanın dediyonə görə, rus əsgərləri Buça şəhərində təkcə böyükləri deyil, uşaqları da işgəncə ilə öldürerdülər. Ukraynanın Xalq Müdafiəçisi bildirir ki, 15 minə qədər Ukrayna vətəndaşı hələ də itkin düşmüş hesab edilir.